Qəzza “uşaq qəbristanlığı”na dönüb – BMT-nin Uşaq Fondunun (UNICEF) sözçüsübackend

Qəzza “uşaq qəbristanlığı”na dönüb – BMT-nin Uşaq Fondunun (UNICEF) sözçüsü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 7-dən Qəzza zolağında həlak olan uşaqların sayı 3,4 mini ötüb

Editor.az bildirir ki, bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder deyib. Onun sözlərinə görə, Qəzza zolağı uşaqlar üçün qəbiristanlığa çevrilib. UNICEF nümayəndəsi bir daha İsrail hakimiyyətini atəşi dərhal dayandırmağa və humanitar yardım üçün keçid məntəqələrini açmağa çağırıb.

“Əgər biz atəşi 72 saat dayandırsaydıq, bu, min uşağın sağ qalmasına imkan verərdi”, – deyə BMT-nin Uşaq Fondunun nümayəndəsi bildirib. Ceyms Elderin sözlərinə görə, Qəzza zolağında uşaqların həyatı üçün təhlükə “bomba və minaatanlarla məhdudlaşmır”. Qəzza tələb olunan suyun yalnız 5%-ni aldığı üçün uşaq ölümlərin yeni təhlükə susuzluq ola bilər.

Duzsuzlaşdırma qurğularının əksəriyyəti zədələnmiş və ya yanacaq çatışmazlığı səbəbindən işləmir. Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, oktyabrın 7-dən bəri Qəzza zolağında, 8525 nəfər ölüb. İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bildirib ki, İsrail Misirdən Qəzza zolağına göndərilən humanitar yardımın HƏMAS yaraqlılarına çatdığı üzə çıxarsa, ona mane olacaq.

//Samir Qurbanov, Editor.az