“İsrail-Fələstin müharibəsi 75 ildən artıqdır ki, davam edir”.
Bu sözləri Editor.az-a İsrail-Fələstin müharibəsi ilə bağlı şərh verərkən politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, hazırkı müharibə Qəzza zolağında İsrail və HƏMAS arasında baş verir:
“Bu sıradan İsrail-Fələstin müharibəsidir və beynəlxalq nizama təsir edəcək. Yaxın Şərqdə yeni siyasi mərhələnin qarşısını alan müharibə oldu. Belə ki, İsrail ilə Ərəb ölkələri arasında anlaşma bağlanmışdı və normallaşma prosesi gedirdi. Müharibə isə bu proseslərin qarşısını aldı. Həmçinin Hindistandan başlayaraq Səudiyyə Ərəbistan, İsrail vasitəsilə Avropaya yeni bir dəhliz açılmışdı ki, onun da qarşısı alındı.Rusiya-Ukrayna müharibəsi fonunda digər müharibənin başlaması diqqətləri Yaxın Şərqə yönəltdi.
Zənn etmirəm ki, İordaniyanın qərb sahilində Fələstin administrasiyası müharibəyə qoşulsun. Xüsusilə Amerika buna icazə verməyəcək. Qəzza zolağı isə tamamilə HƏMAS-dan təmizlənəcək. Ümumilikdə müharibədə vəziyyət mürəkkəb olaraq qalır”.
//Səbinə Hüseynli, Editor.az

