Qəzza zolağına Fələstin Milli Administrasiyası nəzarət etməlidir – ABŞ dövlət katibi Entoni Blinkenbackend

Qəzza zolağına Fələstin Milli Administrasiyası nəzarət etməlidir – ABŞ dövlət katibi Entoni Blinken

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Entoni Blinken Fələstin Milli Administrasiyasının Qəzza zolağı üçün ən yaxşı variant olacağını deyib.

Onun sözlərinə görə, İsraillə radikal HƏMAS hərəkatının döyüşçüləri arasında hərbi əməliyyatlar başa çatdıqdan sonra anklav ərazisinə məhz bu struktur nəzarət etməlidir.

Editor.az bildirir ki, bu barədə Blinken konqresdəki dinləmələrdə deyib: “Ən təsirli və məntiqli həll effektiv və yenilənmiş Fələstin Milli Administrasiyasının Qəzza zolağında nəzarəti və son nəticədə təhlükəsizlik üçün məsuliyyəti öz üzərinə götürməsi olardı”.

O qeyd edib ki, Qəzza zolağının taleyini həll etmək üçün beynəlxalq ictimaiyyət birlikdə çalışmalıdır və bu məsələ yaxın gələcəkdə edilməlidir. Dövlət Departamenti rəhbərinin vurğuladığı kimi, sektorda hakimiyyətin İsrailə ötürülməsi və ya HƏMAS hərəkatında hakimiyyəti saxlamaq variantları “heç kəs üçün” məqbul deyil.

//Samir Qurbanov, Editor.az