Qəzza zolağına yanacaq tədarükünə icazə verilməyəcək – Mark Regevbackend

Qəzza zolağına yanacaq tədarükünə icazə verilməyəcək – Mark Regev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail baş nazirin baş müşaviri Mark Regev bildirib ki, İsrail Qəzza zolağına yanacaq tədarükünə icazə verməyəcək.

İsrail mənbələrinə istinad edən Editor.az bildirir ki, Fələstinin HƏMAS hərəkatının girovları azad etməsi bu qərara belə təsir göstərməyəcək.

“Hazırda biz HƏMAS döyüş maşını üçün daha çox yanacaq almaqda maraqlı deyilik və onun tədarükünə icazə verməmişik.

Dərman və su tədarükünə icazə verdik, həmçinin yeməyə icazə verdik, amma başqa heç nəyə yox”, -deyə Regev CNN-ə bildirib. İsrail şübhə etmir ki, tədarük edilən yanacaq HƏMAS tərəfindən oğurlanacaq və İsrailə raket atmaq üçün istifadə olunacaq.

Baş nazirin məsləhətçisinin sözlərinə görə, əvvəllər Qəzza zolağına gətirilən yanacağın böyük hissəsi “silah təhdidi altında oğurlanıb”. BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi xəstəxanalarda yanacaq çatışmazlığının olduğunu dəfələrlə bəyan edib. Yanacaq ehtiyatının bir neçə günə tükənəcəyi deyilir.

//Samir Qurbanov, Editor.az