Qəzza zolağında 23 minə qədər sakin həlak olub – Qəzza Səhiyyə Nazirliyibackend

Qəzza zolağında 23 minə qədər sakin həlak olub – Qəzza Səhiyyə Nazirliyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023-cü ilin oktyabrından bəri Qəzza zolağında İsrailin zərbələri nəticəsində 23 minə qədər sakin həlak olub. Zərərçəkənlərin sayı 59 min nəfərə yüksəlib.

Editor.az bildirir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb. “İsrailin 7 oktyabrdan bəri zərbələri nəticəsində ölənlərin sayı artaraq 23 357 nəfərə çatıb, 59 410 nəfər yaralanıb”, – Qəzza Səhiyyə Nazirliyi öz Telegram kanalında bildirib.

İsrail və HƏMAS yaraqlıları arasında hərbi münaqişə oktyabrın 7-dən 96 gündür ki, davam edir. Dekabrın sonuna olan məlumata görə, 21 min ölüm halı qeydə alınıb. İsrail Səhiyyə Nazirliyinin məlumatına görə, İsrail ərazisində 1,2 min nəfər ölüb. 250 nəfər girov götürülüb.

İsrail Müdafiə Qüvvələri bütün israilli girovların azad edilməsindən sonra yaraqlılara qarşı əməliyyatları davam etdirməyi planlaşdırır.

//Samir Qurbanov, Editor.az