İsrail Müdafiə Qüvvələrinin (IDF) verdiyi məlumata görə, oktyabrın 10-da Qəzza zolağında atəşkəs razılaşması qüvvəyə minib: “Atəşkəs razılaşması saat 12:00-da qüvvəyə minib.
Saat 12:00-dan etibarən İDF qoşunları atəşkəs sazişinin icrasına və girovların qaytarılmasına hazırlıq məqsədilə yenilənmiş dislokasiya xətləri üzrə mövqe tutmağa başlayıb”, – IDF sözçüsü deyib.
Bəyanatda həmçinin qeyd olunub ki, İDF Cənub Komandanlığı qoşunları bölgədə yerləşdirilib və gələn təhlükələrə qarşı mübarizəni davam etdirəcək.
Daha əvvəl bildirilmişdi ki, HƏMAS bütün girovları azad edənə qədər İsrail qoşunları Qəzza zolağından çəkilməyəcək.
//Samir Qurbanov, Editor.az

