Qəzza zolağında müvəqqəti atəşkəs daha iki gün uzadılıbbackend

Qəzza zolağında müvəqqəti atəşkəs daha iki gün uzadılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qətər Xarici İşlər Nazirliyi və Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında noyabrın 24-dən qüvvədə olan müvəqqəti atəşkəsin daha iki gün uzadıldığını açıqlayıb.

Editor.az-ın məlumatına görə, Qətərin rəsmi Xarici İşlər Nazirliyi Məcid bin Məhəmməd əl-Ənsari “Əl-Cəzirə” telekanalına bildirib ki, atəşkəsin uzadılması barədə qərar bütün münaqişə tərəfləri tərəfindən dəstəklənib və indi atəşkəsin bitmə tarixi 29 noyabra müəyyən edilib.

HƏMAS hərəkatı bildirib ki, “Qətər və Misirin vasitəçilik rolu” sayəsində atəşkəs razılaşmasına nail olmaq mümkün olub. Onlar həmçinin girovların azad edilməsi ilə bağlı danışıqları davam etdirməyə hazır olduqlarını bildiriblər. Lakin hələlik konkret razılaşmaların əldə olunmadığını vurğulayıblar.
Xatırladaq ki, Qəzza zolağında girovların azad edilməsi müqabilində atəşkəs razılaşması noyabrın 24-dən qüvvəyə minməyə başlayıb.

//Samir Qurbanov, Editor.az