İsrail rəsmiləri Qəzza zolağında müvəqqəti atəşkəsi daha iki-üç gün uzatmağa hazırdır.
Editor.az bildirir ki, bu barədə Amerikanın “The Washington Post” (WP) qəzeti yazıb. Nəşrin yazdığına görə, İsrail hakimiyyəti bu müddət ərzində Fələstinin HƏMAS hərəkatının əlində olan girovların böyük əksəriyyətinin azad edilməsinə nail olmağı gözləyir.
İsrail hökumətinin yüksək rütbəli rəsmilərindən biri qəzetə bildirib ki, sabahdan sonra girovların azadlığa buraxılması üçün daha iki və ya üç günlük humanitar fasilə olacaq.
Bundan sonra biz ya Qəzzada əməliyyatları davam etdirəcəyik, ya da ola bilsin ki, əlavə razılaşmalar əldə olunacaq. WP-nin məlumatına görə, İsrail hakimiyyəti HƏMAS-a girovların qaytarılması prosesini genişləndirməyi və əsirlikdə olan kişiləri də azad edilmək üçün siyahıya daxil etməyi təklif edir (HƏMAS hazırda yalnız uşaq və qadınları azad edir), lakin tərəflər bu məsələ ilə bağlı hələ ki, razılaşma əldə edə bilməyiblər.
//Samir Qurbanov, Editor.az

