Qəzza zolağının şimal hissəsində intensiv hərbi əməliyyatlar başa çatıb – İsrailin müdafiə naziribackend

Qəzza zolağının şimal hissəsində intensiv hərbi əməliyyatlar başa çatıb – İsrailin müdafiə naziri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin müdafiə naziri Yoav Qalant Qəzza zolağının şimal hissəsində intensiv hərbi əməliyyatlar mərhələsinin başa çatdığını açıqlayıb.

Onun sözlərinə görə, indi anklavda döyüşlər yeni mərhələyə keçir və “daha çox hədəflənmiş” olacaq. “Hərbi əməliyyatların əvvəlində biz vaxt çərçivəsini müəyyənləşdirdik və Qəzza zolağında intensiv quru manevrləri mərhələsinin təxminən üç ay davam edəcəyini açıqladıq. Anklavın şimalında bu mərhələ artıq başa çatıb”, – deyə Qalant xalqa müraciəti zamanı deyib.

Editor.az “The Times of Israel”ə istinadən bildirir ki, İsrail Müdafiə Nazirliyi rəhbərinin fikrincə, müharibədən sonra Qəzza zolağı Fələstin hökuməti tərəfindən idarə edilməli olacaq. O, Qəzza zolağının daxilində formalaşacaq və İsrail üçün təhlükə yaratmayan “ümumi qüvvələr” əsasında qurulacaq.

Nazir vurğulayıb ki, HƏMAS tamamilə məhv edilənə qədər hərbi əməliyyatların aparılması planlaşdırılır. Onlar yalnız hərəkat Qəzza zolağında hərbi potensialını və siyasi təsirini itirdikdən sonra sona çatacaq, – deyə Yoav Qalant yekunlaşdırıb.

//Samir Qurbanov, Editor.az