İsrail hakimiyyəti Fələstin anklavının cənub hissəsində hərbi əməliyyat keçiriləcəyi təqdirdə Qəzza zolağının şimalındakı mülki əhalinin tez bir zamanda öz evlərinə qayıtmasının mümkünlüyünü bildirib.
Editor.az bildirir ki, bu barədə Amerikanın CNN telekanalı öz mənbələrinə istinadən xəbər verir. Kanalın materialında göstərilir ki, İsrail və Amerika siyasətçiləri hazırda Qəzza zolağının cənubuna kütləvi şəkildə qaçan mülki şəxslərin müdafiəsi məsələsini aktiv şəkildə müzakirə edirlər.
Danışıqlarla tanış olan mənbə CNN-ə deyib: “Bir çox variant arasında hərbi əməliyyatlar bitdikdən sonra mülki əhalinin şimala geri köçürülməsi də var”. Onun sözlərinə görə, “ABŞ prezidenti Co Bayden və İsrailin baş naziri Benyamin Netanyahu səviyyəsində” telefon danışıqlarında mülki şəxslərin Qəzza zolağının şimalına mümkün qayıdışı məsələsi müzakirə olunur. Lakin hazırda bu məsələ ilə bağlı konkret qərarlar qəbul edilməyib.
//Samir Qurbanov, Editor.az

