Qəzzada atəşkəsin başlanacağı tarix bəlli oldubackend

Qəzzada atəşkəsin başlanacağı tarix bəlli oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail və HƏMAS hərəkatının razılaşdığı humanitar atəşkəsin nə vaxt qüvvəyə minəcəyi məlum olub. “Atəşkəs 24 noyabr 2023-cü il, cümə günü səhər saat 7-də (Bakı vaxtı ilə 08.00) qüvvəyə minir”.

Editor.az bildirir ki, bu barədə HƏMAS-ın silahlı qanadı məlumat yayıb. Dörd gün davam edəcəyi gözlənilən atəşkəs çərçivəsində Qəzza zolağında döyüşlər müvəqqəti olaraq dayandırılacaq və İsrail Hərbi Hava Qüvvələrinin anklavın cənubundakı uçuşları da bu müddət ərzində dayandırılacaq.

Qəzzaya humanitar yardım və yanacaq gələcək. “Humanitar yardım və dərman daşıyan 200 yük maşını hər gün Qəzza zolağının bütün ərazilərinə yardım çatdıracaq”, – HƏMAS-dan bildiriblər. Atəşkəs çərçivəsində radikal Fələstin hərəkatının 50 girovunun azad edilməsi planlaşdırılır. Noyabrın 24-də saat 16.00-da (Bakı vaxtı ilə 18.00) ilk girovlar – 13 nəfər qadın və uşaq azad ediləcək.

//Samir Qurbanov, Editor.az