“Qəzzada baş verənlər məhz Vaşinqtonun layihəsidir”-ŞƏRHbackend

“Qəzzada baş verənlər məhz Vaşinqtonun layihəsidir”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İsrail və Fələstin arasında Qəzza zolağında baş verən münaqişə davam edir”.

Bu sözləri Editor.az-a İsrail-Fələstin müharibəsi ilə bağlı danışarkən politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, proseslər Vaşinqtonun vasitəçiliyi ilə həyata keçirilir: “Vaşinqton birbaşa HƏMAS-ın Qəzza zolağından tamamilə çıxarılmasını və regionda siyasi nizamlanma prosesində məhz Hindistandan İsrailə uzanan Baharat dəhlizini təhlükəsizliyini təmin etməyə çalışır. Buna görə də Qəzzada baş verənlər məhz Vaşinqtonun layihəsidir.

ABŞ tərəfindən də elan edildi ki, İsrail HƏMAS-ı tam məhv edənə qədər silahlandırılacaq. Münaqişənin davam etməsi tamamilə HƏMAS-ın ərazidən çıxarılması və zərərsizləşdirilməsinə hesablanıb. Hazırda proseslər gərgin şəkildə davam edir, amma nəticədə HƏMAS Qəzza-dan çıxarılacaq”.

//Səbinə Hüseynli, Editor.az