Qəzzada böyük təhlükə…backend

Qəzzada böyük təhlükə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mühasirəyə alınmış Qəzza zolağının cənubunda çalışan həkimlər İsrailin Qəzzada torpaq işğalını genişləndirməyə davam etdiyi üçün köçkün vəziyyətə düşmüş mülki əhalinin həddindən artıq sıxlığı nəticəsində bölgədə yoluxucu xəstəliklərin sürətlə yayıldığını açıqlayıb.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Qəzzanın cənubundakı Nasser Xəstəxanasında çalışan həkimlər açıqlamasında bölgədə sürətlə yayılan yoluxucu xəstəliklərə diqqət çəkib.

Yenidoğulmuşlar üçün lazım olan peyvəndlərin olmamasının xəstəxanalarda xəstəliklərin daha sürətlə yayılmasına səbəb olduğunu vurğulayan həkimlər, həmçinin İsrailin intensiv hücumlarına məruz qalan Xan Yunusda yoluxucu xəstəliklərlə yanaşı, həyatını itirən və yaralananların da qayğısına qaldıqlarını bildiriblər.

Könüllü həkim Asem Mohammed qeyd edib ki, sıxlıq yoluxucu xəstəliklərin yayılması üçün əlverişli şərait yaradır, tibbi avadanlıqların çatışmazlığı və təmiz suya çıxışın məhdudlaşdırılması isə vəziyyəti daha da pisləşdirir.

//Səbinə Hüseynli, Editor.az