Qəzzada humanitar yardım gözləyərkən 20 nəfər həyatını itiribbackend

Qəzzada humanitar yardım gözləyərkən 20 nəfər həyatını itirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəzza zolağında humanitar yardım gözləyərkən açılan atəş nəticəsində azı 20 nəfər ölüb, 155 nəfər yaralanıb.

Editor.az bu barədə CNN-ə istinadla məlumat yayıb. Qəzza zolağının səhiyyə nazirliyi bildirib ki, faciə İsrail Müdafiə Qüvvələrinin (IDF) yemək paylanmasını gözləyən kütləyə hücumu zamanı baş verib. Hadisənin şahidləri bölgənin tank və ya artilleriya hücumuna bənzər bir hücuma məruz qaldığını bildiriblər. Səhiyyə Nazirliyindən verilən məlumata görə, yaralılar xəstəxanaya yerləşdirilib.

Eyni zamanda İDF bəyan edib ki, İsrail ordusunun hücumu ilə bağlı məlumatlar saxtadır. Martın 8-də Qəzza zolağında humanitar yardım olan konteynerlərin təyyarələrdən atılması nəticəsində 5 nəfər həyatını itirib.

//Gülnarə Abasova, Editor.az