Qəzzada ölənlərin sayı 9 mini keçdibackend

Qəzzada ölənlərin sayı 9 mini keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail və HƏMAS arasında münaqişə başlayandan bəri Qəzza zolağında 9061 nəfər ölüb. Ölənlər arasında 3760 uşaq da var.

Editor.az bildirir ki, bu barədə “Əl-Cəzirə” telekanalı Qəzza zolağının Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb. “Qurbanların sayı 9061-ə çatıb, onlardan 3760-ı uşaq, 2326-sı qadındır.

Yaralıların sayı isə 32 min nəfərə çatıb”, – deyə Səhiyyə Nazirliyinin nümayəndəsi bildirib. İsrail tərəfində isə münaqişə zamanı 1,4 min insan həlak olub. Oktyabrın 29-na olan məlumata görə, daha 239 nəfər HƏMAS tərəfindən əsir götürülüb.

//Samir Qurbanov, Editor.az