Qəzzada rabitə xidmətləri mərkəzi və cənub hissələrdə verilməyə başlandıbackend

Qəzzada rabitə xidmətləri mərkəzi və cənub hissələrdə verilməyə başlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin intensiv hücumlarına məruz qalan Qəzza zolağının mərkəzi və cənub hissələrində rabitə xidmətinin tədricən bərpa olunduğu bildirilir.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Fələstin Telekommunikasiya Şirkəti tərəfindən dünən İsrailin sıx bombardmanları nəticəsində tamamilə kəsilən rabitə və internet xidməti ilə bağlı yazılı açıqlama verilib.

Açıqlamada Qəzzanın mərkəzi və cənub bölgələrində rabitə və internet xidmətlərinin mərhələli şəkildə bərpa olunduğu, şimalda rabitənin hələ də kəsildiyi və intensiv hücumlar səbəbindən texniki personalın hərəkət edə bilmədiyi bildirilib.

Fələstin Telekommunikasiya Şirkəti çərşənbə axşamı Qəzza zolağında rabitə və internet xidmətlərinin tamamilə kəsildiyini açıqlayıb. Şirkət oktyabrın 7-dən etibarən Qəzza zolağında internet və rabitənin 8-ci dəfə kəsildiyini açıqlayıb.

//Səbinə Hüseynli, Editor.az