Qəzzadan İsrail paytaxtına iki raket atıldı: Biri Təl-Əviv sahillərinə düşdübackend

Qəzzadan İsrail paytaxtına iki raket atıldı: Biri Təl-Əviv sahillərinə düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəzza zolağından İsrailin paytaxtı Təl-Əvivə raket atılıb.

Bu barədə Oxu.Az “The Times of Israel” nəşrinə istinadən bildirir.

İsrail Müdafiə Qüvvələri bu məlumatı təsdiqləyib.

Məlumata görə, HƏMAS-ın Qəzzadan atdığı birinci raket İsrailin mərkəzinə, Təl-Əviv sahillərinə, ikincisi isə elə Qəzza ərazisinə düşüb.

Həmçinin, HƏMAS Təl-Əvivə iki uzaqmənzilli raket atdığını və bunun may ayının sonundan bəri İsrailin mərkəzi şəhərinə ilk hücum olduğunu bildirib.