İsrailin Qəzza zolağına hücumlardan 38 gün keçib.
Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail ordusu məktəblər, xəstəxanalar, məscidlər və qaçqın düşərgələri daxil olmaqla, mülki vətəndaşları havadan və qurudan bombalamağa davam edir. Qəzza Səhiyyə Nazirliyi Qəzzanın şimalındakı bütün xəstəxanaların hazırda fəaliyyətini dayandırdığını açıqlayıb.
Fələstin Qızıl Aypara Cəmiyyəti İsrail ordusunun tanklarının Əl Qüds xəstəxanasını mühasirəyə aldığını bildirib. Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamada İsrail tankları və əsgərlərinin hər tərəfdən Əl Qüds xəstəxanası yaxınlığında yerləşdiyini deyib.
Qəzzada hökumətin məlumatına görə, ölənlərin sayı 11 min 180-i keçib, onlardan ən azı 4 min 609-u uşaq, 3 min 100-ü isə qadındır.
//Səbinə Hüseynli, Editor.az

