Qəzzaya humanitar yardımla bağlı səsvermə 4-cü dəfə təxirə salınıbbackend

Qəzzaya humanitar yardımla bağlı səsvermə 4-cü dəfə təxirə salınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT Təhlükəsizlik Şurasında Qəzzaya humanitar yardımla bağlı qətnamə layihəsinin səsverməsi dördüncü dəfə təxirə salınıb.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) Qəzzaya humanitar yardımla bağlı müzakirələrin aparıldığı, lakin razılaşma əldə olunmayan qətnamə layihəsinin səsverməsi dördüncü dəfə təxirə salınıb.
Qətnamə layihəsi üzrə səsvermə sabaha qədər təxirə salınıb.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild BMT TŞ üzvlərinin qapalı iclasından sonra verdiyi açıqlamada, Birləşmiş Ərəb Əmirliklərinin Qəzza ilə bağlı son həftə təqdim etdiyi qətnamə layihəsi üzərində intensiv işlədiklərini bildirib.

Qrinfild qətnamənin qəbul ediləcəyi təqdirdə ehtiyacı olanlara humanitar yardım göstərəcəyini, tələb etdikləri dəyişikliklərlə birlikdə təqdim ediləcəyi təqdirdə qətnamə layihəsini dəstəkləyəcəklərini bildirib.
Lakin gözlənilən səsvermə bu axşam baş tutmayıb və dördüncü dəfə təxirə salınıb.

//Səbinə Hüseynli, Editor.az