QHT-lər Ermənistana qarşı bəyanat yaydılarbackend

QHT-lər Ermənistana qarşı bəyanat yaydılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəyanatda deyilir:

Bildiyimiz kimi, aprelin 12-də Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən azaraq itkin düşən azərbaycanlı əsgəri ermənilər döyüb, işgəncə veriblər. Üzərindən 2 gün sonra isə İrəvanda Ağır Atletika üzrə Avropa çempionatında Azərbaycan bayrağının yandırılması hadisəsi baş vermişdir.

Son hər iki hadisə onu göstərir ki, ermənilərin Azərbaycan dövlətinə, xalqına qarşı revanşist iddiaları, separatizm və terroru dəstəkləyən addımları davam edir və Ermənistan dövləti regionda sülh və təhlükəsizliyə qarşı yönələn bu kimi addımları ya bilərəkdən təşkil edir, ya da sadəcə nəzarətə götürmək istəmir. Görünür, Ermənistan daxilində böyük məkrli oyunlar reallaşdıran daşnak xislətli revanşist qüvvələr 44 günlük müharibənin onlar üçün faciəvi nəticələrini yaddan çıxarıblar. Xatırladaq ki, 2020-ci ildə Azərbaycan Ordusu ermənilərin uzun illər işğalda sağladıqları qədim torpaqlarımızı cəmi 44 günə azad edərək, orada kök salmış, möhkəmlənmiş erməni hərbi birləşmələrini darmadağın etdi. Azərbaycan həmin parlaq qələbəsi ilə Ermənistana qarşı BMT-nini məlum qətnamələrini təkbaşına icra etdi və tarixi ədaləti bərpa edərək regionun zorla dəyişdirilmiş coğrafi xəritəsini yerinə qaytardı. Görünür, məğlubiyyətə düçar olan Ermənistan əsir düşmüş köməksiz Azərbaycan əsgərinə işgəncələr verməklə, dövlət bayrağımızı yandırmaqla təsəlli tapmağa çalışır. Lakin unudurlar ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qeyd etdiyi kimi, dəmir yumruq yerindədir.

Beləliklə, ictimaiyyət nümayəndələri, QHT-ləri olaraq biz Ermənistanda bu kimi anti-Azərbaycan məqsədli cılız və alçaq xislətli addımları şiddətlə qınayırıq və erməni revanşist qüvvələrdən və qonşu dövlətdən bu kimi çirkin yollardan çəkinməyi, Azərbaycan əsgərinə və Azərbaycan bayrağına qarşı uzanan əllərin cəzalandırılmasını tələb edirik.

Eyni zamanda, Cənubi Qafqazda sülh və təhlükəsizliyə töhfə verən Azərbaycana, onun əsgərinə və bayrağına qarşı edilən bu cür məkrli və çirkin niyyətli rotorikanı əsas gətirərək beynəlxalq təşkilatları, Avropa siyasi və idman qurumlarını Ermənistana təzyiq etməyə, cinayətkarların tezliklə həbs edilməsinə təşviq etməyə çağırırıq !

 

Anar TURAN                       “Milli Fikir və İnkişaf Mərkəzi”nin sədri

Mübariz Göyüşlü                “Müasir İnkişaf” İctimai Birliyinin sədri

Südeyif İmamverdiyev     TAİB- Türk Dünyası Ağsaqqalları Birliyinin təşkilat komitəsinin sədri

Səftər Rəhimli              “Beynəlxalq hüquq sahəsində maarifləndirmə və tədqiqatlar” İctimai Birliyinin sədri

Ceyhun Ələkbərov             “Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədri

Arzuman Abdulkərimov     “Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin

Elman Cəfərli                       “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədr

Ramil Əliyev                        “İslahatlara və İnkişafa Dəstək” İctimai Biriyinin sədri

Fərid Şahbazlı                      İslahatçı Gənclər İctimai Birliyinin sədri

Asim Vəliyev                       “Gənclərin töhfəsi” İctimai Birliyinin sədri

Fuad Hüseyinzadə         “Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi” ictimai birliyinin sədri

Ceyhun Bayramlı                “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupu İctimai Birliyinin sədri

Kamil Həmidov                  “Psixoloji İnkişaf və Maarifləndirməyə Dəstək” İctimai Birliyi