QHT Qazaxda ehtiyacı olan vətəndaşlara hüquqi yardım göstərdibackend

QHT Qazaxda ehtiyacı olan vətəndaşlara hüquqi yardım göstərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Əmək münasibətlərində şəffaflığın təmin edilməsində əmək müqaviləsinin əhəmiyyəti” adlı layihənin icrasını davam etdirir. Layihə çərçivəsində növbəti məlumatlandırma-maarifləndirmə tədbiri avqust ayın 03-də Qazax şəhərində təşkil edilib.

Təşkilatdan bildirilib ki, tədbirdə əmək müqaviləsi bağlanmasının əhəmiyyəti, əmək müqaviləsi bağlanmamasının səbəbləri və fəsadları, Əmək və vergi qanunvericiliyinin qeyr-rəsmi əmək bazarının həcminin məhdudlaşdırlmasına mane olan müddəaları, həmçinin əmək müqavilələri əvəzinə mülki-hüquqi müqavilələrin bağlanmasının mənfi təsirləri və s. mövzuda müzakirələr aparılıb.

Tədbirdə mövzu ilə bağlı prezentasiya təqdim ediliib, iştirakçıların sualları cavbladırılıb.

Məlumatlandırma-maarifləndirmə ilə bərbər ehtiyacı olan vətəndaşlara yerindəcə hüquqi yardım göstərilib.