Qida zəhərlənmələrindən qorunmağın yolları müzakirə olunubbackend

Qida zəhərlənmələrindən qorunmağın yolları müzakirə olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son vaxtlar qida mənşəli xəstəliklərə yoluxma və qida zəhərlənməsi hallarının artması adi hala çevrilib. Qida mənşəli xəstəliklər və zəhərlənmə halları həm əhalinin sağlamlığına və rifahına mənfi təsir göstərir, həm də fərdlər, ailələr, icmalar, təsərrüfat subyektləri və ölkələr üçün ağır iqtisadi nəticələrə gətirib çıxarır. Son illərdə ölkəmizdə qida təhlükəsizliyi ilə bağlı yeni çağırışlar meydana gəlməkdədir. Qida və kənd təsərrüfatı məhsulları ticarətinin qloballaşması bu məhsulların daha əlçatan və rəqabətədavamlı olması, ölkəyə xarici faydalar verməklə yanaşı, qida mənşəli xəstəliklərin daha geniş miqyasda başvermə və yayılma ehtimalını da artırır. Hazırda yayılmaqda olan COVİD-19 pandemiyası da məhz qida mənşəli virus hesab edilir.

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Qida zəhərlənmələrinin səbəbləri və onun qarşısını almaq üçün maarifləndirmə işlərinin aparılması” layihəsini icra edən “Uğur” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Əlövsət Allahverdiyev deyib. O, İctimai Birliyin həyata keçirdiyi layihə haqqında danışarkən bildirib ki, “əsas məqsəd qida zəhərlənmələrinə gətirib çıxaran amilləri təyin edərək, bununla bağlı cəmiyyətdə maarifləndirmə işləri aparmaqdır. İstehlakçıları kustar və sənaye yolu ilə hazırlanmış keyfiyyətsiz qidalardan istifadə haqqında məlumatlandırmaqdır. Müxtəlif qidaların eyni zamanda qəbulunun pis nəticələri haqqında maarifləndirmə işlərinin aparılması ilə cəmiyəti qida zəhərlənmələrindən qorumaqdır”.

O daha sonra İctimai Birliyin ölkəmizdə qidalanma, qida zəhərlənmələri, ondan qorunmağın yolları və s. bağlı 7 maarifləndirici xarakterli məqalə hazırladığını diqqətə çatdırıb. “Məqalələrdə qida zəhərlənmələri anlayışı verilib, risk sahələri açıqlanıb, ölkəmizdə buna səbəb olan hallar təhlil edilib. Məqalələr insanların maarifləndirilməsinə və bu sahədə daha çox məlumatlı olmasına uyğun tərtib edilib və mediada yayılıb. Bundan başqa “Mən qida zəhərlənmələrindən necə qorunuram” mövzusunda esse müsabiqəsi təşkil edilib. Müsabiqədə 300 nəfər iştirak edib. Ölkədəki karantin rejimi nəzərə alınaraq müsabiqə on-line qaydada keçirilib. Ekspert tərəfindən təqdim olunmuş esselər yoxlanılıb və qiymətləndirilib. Ən yaxşı 3 esse qalibi mükafatlandırılıb” – Ə.Allahverdiyev sonda deyib.

//Editor.az