Qırğız Respublikası və Tacikistan atəşkəs barədə razılığa gəldibackend

Qırğız Respublikası və Tacikistan atəşkəs barədə razılığa gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğız Respublikası və Tacikistan tam atəşkəs barədə razılığa gəliblər.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Qırğız Respublikası Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbəri Kamçıbek Taşıyev tacik həmkarı Saymumin Yatimovla danışıqlardan sonra bu barədə bəyanat verib.

Onun sözlərinə görə, danışıqlardan sonra iki ölkənin maraqlarına uyğun olan dörd bənddən ibarət protokol qəbul edilib.

Aprelin 29-da Qırğız Respublikası və Tacikistanın sərhəd bölgələrinin yerli sakinlərinin qarşıdurması iki ölkənin hərbçiləri arasında silahlı toqquşmalara çevrilib. Toqquşmalar 6 saatdan çox davam edib. Hər iki tərəfdən təxminən 40 nəfər ölüb, 200-dən çox insan yaralanıb.

Loading...