Qırğızıstan hakimiyyəti BMT ilə əməkdaşlıq çərçivəsində yaşıl enerji və ətraf mühitin mühafizəsi sahəsində inkişafı davam etdirməyi hədəfləyir.
Editor.az xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Jeenbek Kulubayev Nyu-Yorkda BMT-nin baş katibi Antonio Quterreşlə görüşü zamanı deyib.
“Nyu-Yorka işgüzar səfəri zamanı nazir Kulubayev BMT-nin Baş katibi ilə görüşüb və təşkilatın beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsi, eləcə də qlobal sosial-iqtisadi və iqlim problemlərinin həlli istiqamətində səylərini dəstəklədiyini bildirib”, – Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Kulubayev ölkənin davamlı inkişaf məqsədlərinə sadiqliyini təsdiqləyib və respublikanın “dağ gündəliyinin” təşviqi, yaşıl iqtisadiyyatın inkişafı və ətraf mühitin qorunması kimi prioritet istiqamətlərindən danışıb. O, həmçinin BMT-dən bu məsələlərdə beynəlxalq dəstək istəyib.
Nazir Quterreşlə Mərkəzi Asiyada “siyasi transformasiyalar” və sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində region ölkələrinin birgə səylərini müzakirə edib. Səfər zamanı Kulubayev dənizə çıxışı olmayan bir qrup ölkə və Afrika İttifaqının nümayəndələri ilə danışıqlar aparıb.
//Gülnarə Abasova, Editor.az