Qırğızıstan Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün platforma təqdim etməyə hazırdır.
Bunu Qırğızıstan parlamentinin spikeri Nurlanbek Şakiyev deyib. “Biz regionda davamlı sülh və sabitliyin bərqərar edilməsinə yönəlmiş səyləri dəstəkləyirik. Lazım gələrsə, Qırğızıstan vasitəçi kimi çıxış etməyə və sülh sazişinin imzalanması üçün platforma təqdim etməyə hazırdır”, – o deyib.
//Samir Qurbanov, Editor.az