Qırğızıstan parlamentinin deputatları ikinci və üçüncü oxunuşda dövlət bayrağının dizaynının qismən dəyişdirilməsi təklifini dəstəkləyiblər.
Tundukun (yurtun üstü) çərçivəsini düzəldən bayrağın üzərindəki şüaları dalğalı deyil, düz təsvir olunub. Belə ki, dalğalı şüalara görə ölkənin simvolu Qırğızıstanla əlaqəli olmayan günəbaxanı xatırladırdı. Bayrağın dəyişdirilməsinin lehinə 59 deputat, əleyhinə isə 5 deputat səs verib.
Noyabrın sonunda parlament üzvləri düzəlişləri birinci oxunuşda qəbul ediblər. “Sputnik Qırğızıstan” qeyd edir ki, hazırkı formada dövlət bayrağının təsviri olan bütün növ rəsmi sənədlər istifadə müddəti bitənə qədər etibarlı olacaq.
Qırğızıstan prezidenti Sadır Japarov bayrağın dəyişdirilməsinin onun təşəbbüsü olduğunu bildirib. “Bundan əvvəl cəmiyyətdə aktiv fikir var idi ki, bayrağımız günəbaxan kimi görünür və bu fonda ölkə dizdən qalxa bilmir. Hətta elə hallar olub ki, bizə qonaq gələn əcnəbilər fikirləşirdilər ki, yəqin ki, bizdə günəbaxan çox yetişir”, – deyə Sadır Cəfərov bildirib.
Qırğızıstan hakimiyyətinin fikrincə, birbaşa şüalar bayraqdakı simvolu daha çox günəşə bənzədəcək.
Xatırladaq ki, Qırğızıstan bayrağı 1992-ci il martın 3-də təsdiq edilib. Üzərindəki qırmızı rəng şücaət və mərdlik, günəş – həyatın əbədiliyi, sülh və sərvət, yurtaların damları isə ev və qonaqpərvərlik rəmzidir.
//Samir Qurbanov, Editor.az


