Qırğızıstan parlamenti respublikanın bayrağının dəyişdirilməsi haqda qanun layihəsini təsdiq etdibackend

Qırğızıstan parlamenti respublikanın bayrağının dəyişdirilməsi haqda qanun layihəsini təsdiq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstan parlamenti birinci oxunuşda respublikanın bayrağının dəyişdirilməsi ilə bağlı düzəlişləri qəbul edib.

Editor.az bildirir ki, bu barədə Qanunvericilik Məclisinin mətbuat xidmətindən məlumat verilib. Yeni variantda tundukun (yurtun üstü) ətrafındakı bayraqdakı şüaların dalğalı deyil, düz olması təklif edilir.

Qanun layihəsinin təşəbbüskarları hesab edirlər ki, köhnə bayraqdakı dalğayabənzər şüalar günəbaxanlarla assosiasiya yaradır, baxmayaraq ki, bu bitki hətta respublikanın əsas kənd təsərrüfatı məhsulu deyil. Deputatların fikrincə, birbaşa şüalar bayraqdakı əsas simvolu daha çox günəşə bənzədəcək. “Deputat Ulan Primov vurğulayıb ki, bir sıra ölkələr, xüsusən ABŞ-da 26, İspaniyada 8, Rusiyada bir dəfə bayraqlarını dəyişiblər.

O, həmçinin vurğulayıb ki, Qırğızıstan bayrağının dəyişdirilməsi respublika büdcəsindən xərc tələb etməyəcək”, – mətbuat xidmətinin nümayəndəsi bildirib. Birinci oxunuşda bayrağın dəyişdirilməsi ilə bağlı dəyişikliklərin lehinə 66 deputat, əleyhinə 8 deputat çıxış edib.

Qeyd edək ki, Qırğızıstanın hazırkı bayrağı 1992-ci il martın 3-də təsdiq edilib. Bayrağın qırmızı rəngi şücaət və cəsarət, günəş həyatın əbədiliyi, sülh və sərvət, qırğız yurtalarının damları ev, hərarət və qonaqpərvərlik rəmzidir.

//Samir Qurbanov, Editor.az