Qırğızıstan prezidenti Sadır Japarov ABŞ və digər ölkələri ölkənin daxili işlərinə qarışmamağa, respublikada baş verən proseslərə obyektiv qiymət verməyə çağırıb.
Editor.az bu barədə TASS-a istinadla xəbər verir.
“Biz bərabərhüquqlu əməkdaşlığın tərəfdarıyıq, bütün ölkələr və beynəlxalq tərəfdaşlarla, o cümlədən ABŞ ilə birgə işləməyə hazırıq. Mənim yeganə xahişim ölkəmizin daxili işlərinə qarışmamaqdır”, – deyə Japarov bildirib.
Bu bəyanat ABŞ dövlət katibi Antoni Blinkenin Qırğızıstan prezidentinə göndərdiyi mesaja cavab olub. Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev fevralın 11-də ABŞ-ın Bişkekdəki səfiri Lesli Viqeri ilə görüşüb və Qırğızıstandakı vətəndaş cəmiyyəti ilə bağlı narahatlığını ifadə edən mesajı ABŞ dövlət katibinə çatdırıb.
//Gülnarə Abasova, Editor.az

