Qırğızıstan Putinin səfəri zamanı Ukrayna səfirliyini BELƏ GİZLƏTDİ – VİDEObackend

Qırğızıstan Putinin səfəri zamanı Ukrayna səfirliyini BELƏ GİZLƏTDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstan hakimiyyəti Rusiya prezidenti Vladimir Putinin səfəri zamanı diqqətçəkən addım atıb.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Bişkekdə “Intımak Ordo” prezident iqamətgahının yaxınlığında böyük karkaslı konstruksiya quraşdırılıb.

Məlumata görə, bu konstruksiya iqamətdən cəmi 200 metr aralıda yerləşən Ukrayna səfirliyinin görünməsini tamamilə bağlamaq üçün nəzərdə tutulub.

Ukraynanın Bişkekdəki səfirliyi isə hadisəni şərh etməkdən imtina edib. 

Diplomatik nümayəndəlik yalnız “səbəb-nəticə əlaqəsi göz önündədir” deməklə kifayətlənib.