Qırğızıstan Rusiya ilə razılaşıbbackend

Qırğızıstan Rusiya ilə razılaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstan parlamenti çərşənbə günü Rusiya ilə birgə hava hücumundan müdafiə sistemləri şəbəkəsinin yaradılması haqqında sazişi təsdiqləyib.

Editor.az xarici mediaya istinadən bildirir ki, müqavilə müştərək proqram üçün Qırğızıstanın Kant şəhərindəki Rusiya hərbi bazasında beş hektar (12 akr) torpaq sahəsinin istifadəsini nəzərdə tutur.

“Deputatlar Qırğızıstan Respublikası ilə Rusiya Federasiyası arasında Birgə Regional Hava Hücumundan Müdafiə Sisteminin yaradılmasına dair sazişin təsdiq edilməsinə dair qanun layihəsini araşdıraraq qəbul ediblər”-deyə, Qırğızıstan parlamentindən verilən açıqlamada qeyd edilib.

Rusiyanın dövlət xəbər agentliyi RİA Novosti-nin xəbərinə görə, iki ölkə arasında ortaq müdafiə sisteminin yaradılmasını nəzərdə tutan saziş 5 il müddətində qüvvədə olacaq. Rusiyadan, Qazaxıstan, Belarus və Tacikistan kimi digər ölkələrlə də analoji müqavilələri var.

//Safura Bənnayeva, Editor.az