Qırğızıstan Rusiyadan humanitar yardım olaraq 742 tondan çox buğda unu və 60 tondan çox bitki yağı alıb.
Editor.az xəbər verir ki, bu barədə Rusiya diplomatik nümayəndəliyinin Telegram kanalında məlumat verilib. Rusiyanın aztəminatlı qırğızları üçün humanitar yardım paketinin daşınması Oş şəhərində həyata keçirilib.
Rusiya səfirliyi humanitar yardımın Rusiya tərəfinin maliyyələşdirdiyi BMT-nin Ümumdünya Ərzaq Proqramı layihəsi çərçivəsində həyata keçirildiyini açıqlayıb. Əldə edilən un və yağ “sosial layihələrdə iştiraka görə mükafat” olaraq Qırğızıstanın cənub bölgələrində yaşayan 18 min nəfərə paylanacaq.
//Gülnarə Abasova, Editor.az

