Qırğızıstan-Tacikistan sərhədində atışma: 1 ölü, 3 yaralıbackend

Qırğızıstan-Tacikistan sərhədində atışma: 1 ölü, 3 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstan və Tacikistan sərhədində yenidən atışma baş verib.

Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, bu barədə məlumatı Tacikistan sərhədçiləri verib. Atışma nəticəsində 1 tacik sərhədçisi həlak olub, 3 nəfər yaralanıb.

Qırğızıstandan tərəfindən verilən açıqlamada isə hadisə zamanı insan itkisinin olmadığı bildirilib. O da qeyd olunub ki, danışıqlar aparılması üçün sərhəd komandirləri və yerli özünü idarəetmə orqanlarının rəhbərləri ərazidə olub.

Qeyd edək ki, iyunun üçündə də tərəflər arasında sərhəddə atışma baş vermişdi. Hər iki tərəf atışma zamanı 3 qırğız hərbiçisinin yaralandığını təsdiq etmişdi.

//Nəzərbəy Hacıağayev, Editor.az