Qırğızıstan-Tacikistan sərhədində atışmada yaralıların sayı 17-yə çatıb, 1 nəfər ölüb – YENİLƏNDİbackend

Qırğızıstan-Tacikistan sərhədində atışmada yaralıların sayı 17-yə çatıb, 1 nəfər ölüb – YENİLƏNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tacikistan-Qırğızıstan sərhədində baş verən atışma nəticəsində hər iki tərəfdən yaralananların sayı 17 nəfərə çatıb.

Editor.az xəbər verir ki, İsfara xəstəxanasına 13 yaralı gətirilib, onlardan 11-i hərbçidir.

Qeyd edilib ki, Tacikistan-Qırğızıstan sərhədinə yaxın İsfara-Batken yolunda silahlı insident zamanı Tacikistanın Xoci Alo kənd sakini Obidjon Tuyçiyev aldığı güllə yarasından ölüb.

Qırğızıstanla sərhəddə münaqişə zamanı Tacikistanın beş vətəndaşı yaralanıb, biri ölüb.

Editor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Somoniyon kəndində münaqişə zamanı yaralananların sayı 5 nəfərə çatıb, onlardan ikisi hərbçi, üçü mülki şəxsdir.