Qırğızıstan Daxili İşlər Nazirliyinin əməkdaşları respublikada kütləvi iğtişaşlar törətməyi, sabitliyi pozmağı və hakimiyyəti zorakılıqla ələ keçirməyi planlaşdıran bir qrup şəxsi zərərsizləşdiriblər.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, sözügdən qrupa təhlükəsizlik qüvvələrinin keçmiş üzvləri və döyüş təlimi keçən əcnəbi vətəndaşlar da daxildir.