Qırğızıstanda dövlət çevrilişinin qarşısı alınıbbackend

Qırğızıstanda dövlət çevrilişinin qarşısı alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstanın xüsusi xidmət orqanları dövlət çevrilişinə cəhddə şübhəli bilinən 30-dan çox şəxsi saxlayıblar.

Editor.az xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin mətbuat xidməti məlumat yayıb. “Kütləvi iğtişaşlar və hakimiyyətin zorakılıqla ələ keçirilməsi məqsədilə itaətsizlik aksiyaları təşkil etməyi planlaşdıran şəxslər” saxlanılıb. İdarədə qeyd edildiyi kimi, ümumilikdə sui-qəsdçilər qrupuna yüzdən çox adam daxildir.

Onlardan 30-dan çoxu saxlanılıb və artıq çevriliş planlarını etiraf ediblər. Xüsusi əməliyyatın əsas mərhələsi Bişkekin özəl sektorunda baş tutub və silahlı təhlükəsizlik qüvvələri tərəfindən həyata keçirilib. Əməliyyatın təfərrüatları açıqlanmayıb.

//Samir Qurbanov,Editor.az