Dünən gecə saatlarında Qırğızıstanda güclü zəlzələ olub. Titrəyişlər Qazaxstanın Almatı şəhərində və Çində də qeydə alınıb.
Editor.az sesmoloqların məlumatına istinadən xəbər verir ki, ilk təkanların gücü 5,9 bal olub. Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Çinin şimal-qərbində isə təkanların maqnitudası 5,1 olub. Seysmoloqların fikrincə, zəlzələnin mənbəyi on kilometr dərinlikdə yerləşib. Burada da tələfat və dağıntılar barədə də məlumat yoxdur.
//Samir Qurbanov, Editor.az