Qırğızıstanda Konstitusiya referendumu keçiriləcəkbackend

Qırğızıstanda Konstitusiya referendumu keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstanda Konstitusiya dəyişikliyi ilə bağlı referendum 11 aprel tarixində keçiriləcək.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Prezident Administrasiyası məlumat yayıb. Qeyd olunub ki, Prezident Sadır Japarov parlament sistemindən prezident sisteminə keçid barədə fərman imzalayıb.

Seçicilər həm yerli idarəçilərə, həm də ölkənin hökumət sisteminə səs verəcəklər. Yeni tənzimləməyə görə, parlamentdəki deputat sayı 120-dən 90-a endiriləcək. Növbəti seçkilərdə onlar həm majoritar, həm də proporsional sistemlə seçiləcəklər. Parlamentlə bərabər, ölkədə qanunverici təşəbbüsə sahib Xalq Qurultayı yaradılacaq.

59 siyasi partiyanın qatılacağı yerli seçkilər 26 şəhər, 420 rayon və kənddə keçiriləcək.

Qeyd edək ki, 1991-2010-cu illərdə prezident sistemi ilə idarə olunan Qırğızıstan 11 il əvvəl Konstitusiya referendumu ilə parlament sisteminə keçib.