“Qalatasaray” icazə vermədiyi üçün klubun 16 yaşlı oyunçusu Beknaz Almazbekov millinin düşərgəsində iştirak edə bilməyib. Editor.az “sporx” a istinadən xəbər verir ki, bu barədə açıqlamanı Qırğızıstan Futbol Federasiyası verib.
“Futbolçunun milli komandanın düşərgəsinə qatılmasına görə razılıq “Qalatasaray” tərəfindən pozulub. Beknaz Almazbekov nə millinin düşərgəsində nə də heyətində yer almayacaq. Buna səbəb “Qalatasaray” klubudur”-deyə federasiyadan açıqlamada bildiriblər.
//Nəzərbəy Hacıağayev Editor.az

