Qırğızstanın ardınca Tacikistan da vətəndaşlarını Rusiyaya getməməyə çağırdıbackend

Qırğızstanın ardınca Tacikistan da vətəndaşlarını Rusiyaya getməməyə çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tacikistanın Moskvadakı səfirliyi sərhədlərdə nəzarətin gücləndirilməsi ilə əlaqədar həmvətənlərinə Rusiyaya səfərdən çəkinməyi bir daha tövsiyə edib.

Diplomatik nümayəndəliyin mesajında qeyd olunur ki, bu, Rusiyaya tətbiq edilən xarici vətəndaşların ölkəyə girişinə gücləndirilmiş nəzarət rejimi ilə bağlıdır.

Tacikistan Xarici İşlər Nazirliyi ilk dəfə ölkə vətəndaşlarına aprelin 27-də çox zərurət olmadıqda Rusiyaya istənilən nəqliyyat növü ilə getməkdən müvəqqəti imtina etməyi tövsiyə edib. Sonra Tacikistan hakimiyyəti Moskva hava limanlarında yoxlamalara görə ilişib qalan minlərlə respublika vətəndaşının olduğunu bildirdi. “Asia-Plus” nəşri Orenburq vilayətində Qazaxıstanla sərhəddə növbələr barədə məlumat yayıb. Rusiya Xarici İşlər Nazirliyi Qazaxıstanla sərhəddə yaranan növbələri Moskva yaxınlığındakı “Crocus City Hall”da baş verən terror aktından sonra terror təhlükəsinin davam etməsi ilə izah edib.

Xatırladaq ki, entyabrın 5-də Qırğızıstan Xarici İşlər Nazirliyi də respublika vətəndaşlarını Rusiyaya səfərlərdən imtina etməyə çağırıb. Səbəb kimi Rusiya qanunvericiliyinin tətbiq etdiyi əlavə təhlükəsizlik tədbirləri göstərilib. Oxşar mesajı may ayında Qırğızıstan Xarici İşlər Nazirliyi yayıb.

//Samir Qurbanov, Editor.az