“Qırmızı”da keçən avtomobil ağır qəza törətdi – Bakıdakı hadisənin ANBAAN VİDEOSUbackend

“Qırmızı”da keçən avtomobil ağır qəza törətdi – Bakıdakı hadisənin ANBAAN VİDEOSU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtın Suraxanı rayonu, Cəlal Qurbanov və Etibar Bəkirli küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Editor.az  xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, yolayrıcında olan işıqforun qırmızı işığında keçən minik avtomobili əvvəlcə hərəkətdə olan nəqliyyat vasitəsinə, sonra isə işıqfora çırpılıb:

“Yararsız vəziyyətə düşən işıqforun yenisi ilə əvəzlənməsi işləri görülür”.