Qırmızı dəniz missiyasına daha bir ölkə qoşulurbackend

Qırmızı dəniz missiyasına daha bir ölkə qoşulur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliya Qırmızı dənizdə gəmilərə hücumlara qarşı ABŞ-ın rəhbərliyi ilə yaradılan çoxmillətli təhlükəsizlik missiyasında freqatla iştirak edəcək.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Müdafiə Nazirliyi ABŞ-ın rəhbərliyi ilə yaradılan çoxmillətli missiya çərçivəsində İtaliya Hərbi Dəniz Qüvvələrində xidmət edən FREMM sinifli Virginio Fasan freqatının Qırmızı dənizdə yerləşdirilməsinə qərar verib.

“Fəsan” freqatının fevral ayında Ədən körfəzi və Hind okeanında dəniz quldurlarına qarşı mübarizəyə dəstək məqsədilə “Atalanta” əməliyyatına normal olaraq getməsi planlaşdırıldığı, lakin ilk olaraq Qırmızı dənizdəki bu missiyada iştirak edəcəyi bildirilib.

İtaliyanın freqat göndərmə qərarının müdafiə naziri Guido Crosetto ilə dünən amerikalı həmkarı Lloyd Austin ilə görüşündən sonra verildiyi bildirilib.

Qeyd edilib ki, Krosetto freqatın göndərilməsi qərarının arxasında Qırmızı dəniz yolunu qoruyaraq, xammal bazarında qiymət artımının qarşısını almaq olduğunu bildirib.

Bu arada “La Repubblica” qəzetinin xəbərində İtaliyanın “Fəsan” freqatına əlavə olaraq ikinci bir gəmi də göndərməsinin mümkün olduğu bildirilib.

//Səbinə Hüseynli, Editor.az