İngiltərə Dəniz Ticarət Ofisi (UKMTO) Qırmızı dənizdə insidentlə bağlı məlumat aldığını bildirib.
Agentliyin məlumatına görə, Yəmənin Hudeyda limanı yaxınlığında üzən ticarət gəmisi yaxınlığında partlayış baş verib. UKMTO saytına görə, hadisə hücum kimi qiymətləndirilir. Gəmi və ekipaj xəsarət almayıb. Britaniya hakimiyyəti araşdırmaya başlayıb. UKMTO gəmilərə tranzit zamanı ehtiyatlı olmağı və hər hansı şübhəli fəaliyyət barədə təşkilata məlumat verməyi tövsiyə edib.
Qeyd edək ki, Yəmən husilərinin Qırmızı dəniz, Ədən körfəzi və Bab əl-Məndəb boğazına hücumları 2023-cü ilin noyabr ayından etibarən həyata keçirilir. Onlar ABŞ, Böyük Britaniya və İsraillə əlaqəli olduğuna inandıqları gəmilərə və tankerlərə hücum edir və bununla da HƏMAS hərəkatını dəstəkləyirlər. ABŞ və Böyük Britaniya Yəmənə cavab zərbələri endirir.
//Samir Qurbanov, Editor.az