Qırmızı dənizdə neft tankeri partladılıbbackend

Qırmızı dənizdə neft tankeri partladılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən həftə Qırmızı dənizdə neft tankeri Yəmən husilərinin növbəti hücumuna məruz qalıb.

Editor.az bildirir ki, bu barədə “Amerikanın Səsi” məlumat yayıb. İranın dəstəklədiyi Yunanıstan bayraqlı “Sounion” tankerinin göyərtəsinə partlayıcı yerləşdirdiklərini və gəmidə partlayışlara və mümkün neft sızmasına səbəb olan bir video yayımlayıblar. Videoda eyni vaxtda ən azı altı partlayışı görmək olur. ABŞ Dövlət Departamenti husilərin yeni videosunu hələ ki şərh etməyib.

Qərb ölkələri və BMT xəbərdarlıq edir ki, yanan tankerdən neft sızması Qırmızı dənizdəki mərcan riflərinə və canlı təbiətə düzəlməz ziyan vura bilər. Regiondakı Aİ donanmaları “Sounion”dan neft sızıntısını hələ müşahidə etmədiklərini bildirirlər.

//Samir Qurbanov, Editor.az