“Qırmızı şeytanlar” ilk transferini elan edibbackend

“Qırmızı şeytanlar” ilk transferini elan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Eriq ten Haaqın rəhbərlik etdiyi İngiltərənin “Mançester Yunayted” klubu ilk transferini reallaşdırıb. Editor.az “Sporx” saytına istinadən xəbər verir ki,  İngiltərə nəhəngi Hollandiyanın “Feynord” klubunun gənc sol cinah oyunçusu Tayrıl Malasiyanı heyətinə qatıb. Futbolçu ilə dörd illik müqavilə imzalanıb. İngiltərə təmsilçisi Hollandiya təmsilçisinə transferin baş tutması üçün 17 milyon avro ödəyib.

Qeyd edək ki, gənc ulduz “Feynord” forması ilə çıxdığı 136 oyunda 4 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

//Nəzərbəy Hacıağayev, Editor.az