Qırmızı Xaç rəsmisi: “Mariupolda içməyə su yoxdur”backend

Qırmızı Xaç rəsmisi: “Mariupolda içməyə su yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Qırmızı Xaç Cəmiyyətinin nümayəndə heyətinin rəhbərinin müavini Saşa Volkov Mariupol şəhərindəki son vəziyyəti açıqlayıb. Editor.az-ın Türkiyənin “Son Dakika” saytına istinadən verdiyi məlumata görə, Volkov Qırmızı Xaç Cəmiyyətinin baş qərargahı ilə telefonla əlaqəsi yaradaraq vəziyyəti izah edib.

“Bir çox insanın içməyə suyu yoxdur. 4-5 gün əvvəl bütün marketlər, apteklər talan edilib. Şəhərdə işıq, su və qazın olmadığı üçün insanların isinə bilmir. Şəhər bələdiyyəsi əhalinin sıx olduğu yerlərdə butulkalarda su verir, lakin bu kifayət etmir. Bəzi şəxslərin hələki ərzaq ehtiyatı mövcüddur. Ancaq bu ehtiyatın nə qədər davam edəcəyi məlum deyil. Bəzi valideyinlər uşaqları üçün qida əldə edə bilmirlər. Ən böyük çətinlik diabet və xərçəng xəstələrinin müxtəlif dərman ehtiyaclarını qarşılanmasındadır. Çünki şəhərdə bu tipli xəstələr üçün artıq dərman tapmaq mümkün deyil. Yanacağın şəhər bələdiyyəsi tərəfindən təmin olunmasına baxmayaraq xəstəxanalar qismən işləyir”.- deyə Volkov bildirib.

Qeyd edək ki, Antalyada keçirilən üçtərəfli sammitdə iştirak edən Ukraynanın xarici işlər naziri Dmitri Kuleba dünən mətbuata açıqlamasında danışıqlarda prioritetinin Mariupola humanitar dəhliz açmaq olduğunu bildirib.

//Nəzərbəy Hacıağayev, Editor.az