Qırmızı Xaçın əməkdaşı güllələndibackend

Qırmızı Xaçın əməkdaşı güllələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşı Voldu Areqavi Berha Efiopiyanın şimalındakı Tiqray bölgəsində güllələnib.

Editor.az axar.az-a istinadən bildirir ki, bu barədə Komitədən məlumat verilib.

“Təcili tibbi yardım maşınının sürücüsü Qırmızı Xaç loqotipi olan avtomobildə olarkən güllələnərək öldürülüb”, – məlumatda deyilir. Qeyd olunub ki, Berha xəstəxanaya çatana qədər dünyasını dəyişib.

Komitə həkimə konkret kimin hücum etdiyi barədə dəqiq bilgi verməyib.

Qeyd edək ki, Berha 2024-cü ildə BQXK-nın ölən yeddinci nümayəndəsidir.