“Nazirlər Kabinetinin 2016-cı ildə verdiyi yay və qış vaxtına keçid ilə bağlı qərar ləğv olunub Əlbəttə ki, vaxt dəyişikliyinin, yay-qış rejiminə keçidin istər təhsil, istər digər sahələrdə mənfi təsirlərini aradan qaldırmaq çətin olacaq”.
Bu fikirləri Editor.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.
Ekspert bildirib ki, qeyd olunan məsələdə ən doğru həll yolu mövcud saatlarda təyin olunmuş vaxt rejimində iş və dərs saatlarına müəyyən qədər təsir göstərməkdir:
“Məsələn, dərslər saat 8:00-da başlayırsa, bunu 8:20-a keçirtmək olar. Digər üsulla 45 dəqiqəlik dərs saatlarını 40 dəqiqə etmək olar. Ümumiyyətlə, ümumi təhsil sistemində 90 dəqiqəlik dərs saatlarının 80 dəqiqə olması, orta və tam ümumtəhsil məktəblərində 45 dəqiqəlik dərslərin 40 dəqiqə olması elə də fərq yaratmayacaq. Beynəlxalq sistemdə şagirdlərin ümumi qavraması 39 dəqiqə bir neçə saniyədir ki, bu dövr ərzində şagird verilən informasiyaları qəbul edir. Ondan sonrakı 5 dəqiqədə onsuz da şagirdin beyni deyilənləri qəbul etmir. Ona görə də bu cür təsiretmə imkanları ilə ümumi işin xeyrinə qərar vermək olar.
Qıs rejiminə keçid əhali arasında çaşqınlıq yaradır. Hesab edirəm ki, daha əlverişli vaxt indiki saatdır”.
//Gülnarə Abasova, Editor.az

