“Qısa zamanda həyata keçirilən anti-inflyasiya tədbirləri  çox ciddi nəticələr verməyəcək” -Ölkəmizdə mövcud bahalaşma  ilə bağlı AÇIQLAMAbackend

“Qısa zamanda həyata keçirilən anti-inflyasiya tədbirləri  çox ciddi nəticələr verməyəcək” –Ölkəmizdə mövcud bahalaşma  ilə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda ortaillik inflyasiya 12,6% təşkil edib.

Belə ki, bu ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-may aylarına nisbətən 112,6%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,9%, qeyri-ərzaq məhsulları üzrə 106,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,2% təşkil edib.

Dövlət Statistika Komitəsinin  məlumatına görə, cari ilin may ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,7%, əvvəlki ilin may ayına nisbətən 113,% təşkil edib. 2022-ci ilin may ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,0%, əvvəlki ilin may ayına nisbətən 120,2% təşkil edib.

Mövcud bahalaşmanın, artan inflyasiyanın qarşısını almaq mümkündürmü?

İqtisadçı ekspert Elşən Bağırzadə Editor.az-a açıqlamasında hazırda inflyasiyanın əhəmiyyətli bir hissəsi idxal mənşəli olduğundan hökumətin qısamüddətli dövr üçün həyata keçirdiyi anti-inflyasiya tədbirlərinin  çox ciddi nəticələr ortaya qoyacağını düşünmədiyini deyib:

“Ölkədə qida inflyasiyasının hələ də yüksək səviyyələrdə davam etməsi dediyimizi bir daha sübut edir. Ancaq buna baxmayaraq, bu tədbirlər inflyasiyanın artım tempinin aşağı salınması baxımından əhəmiyyətlidir. Fikrimcə, ölkədə bu istiqamətdə uzunmüddətli, struktur islahatların aparılması da zəruridir. Xüsusilə də iqtisadiyyatda rəqabət mühitinin yaxşılaşdırılması, aqrar sektorun səmərəliliyinin artırılması və bütövlükdə daxili istehsalın gücləndirilməsi istiqamətlərində aparılacaq islahatların bu baxımdan əhəmiyyətli olduğunu düşünürəm”.

//Gülnarə Abasova, Editor.az