“”Qisas-3″ antiterror əməliyyatı qaçınılmazdır”-AÇIQLAMAbackend

“”Qisas-3″ antiterror əməliyyatı qaçınılmazdır”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan və Ermənistan arasında siyasi danışıqlar dalana dirənib. Vaşinqton görüşündən sonra da hər iki tərəf müəyyən razılığa gəlmədikləri barədə mövqelərini bildirib. Bu o deməkdir ki, artıq siyasi müşahidə edilir”.

Bu fikirləri Editor.az-a açıqlamasında hərbi ekspert Elxan Şıxəliyev bildirib.

Onun sözlərinə görə, “Qisas-3” əməliyyatı haqqında mesaj Ali Baş Komandan İlham Əliyev tərəfindən də verilib:

“Bunun ardınca Müdafiə Nazirliyi də bu antiterror əməliyyatının qaçınılmaz olduğu ilə bağlı bəyanat vermişdi. Eyni hadisə 44 günlük Vətən müharibəsindən əvvəl də baş vermişdi.Görünən odur ki, Azərbaycan qarşı tərəfdən gözlənilən cavabı, xüsusilə də separatçı rejim üzərindən inteqrasiyaya dair müsbət mesajlar almadığı və ən itkisiz variantla bu coğrafiyada yaşamağa təminat verməsinə baxmayaraq separatçı rejim bunu qəbul etmədiyi halda “Qisas-3″ əməliyyatı qaçınılmazdır. Müdafiə Nazirliyi açıqlamasında bu barədə məlumat verirsə, deməli Azərbaycanın əməliyyat planları bunun üzərində hazırlanıb. Sadəcə bunun nə vaxt baş tutacağı məxfi saxlanılır”.

Ekspert qeyd edir ki, cəmiyyət antiterror əməliyyatını müharibə kimi qəbul etməməlidir:

” Prosesləri xüsusi hərbi əməliyyat çərçivəsində qiymətləndirməliyik. Xüsusi hərbi əməliyyat, xüsusilə PUA-ların nöqtə-zərbələri ilə qarşı tərəfin komanda qərargahlarının idarəetmə məntəqələrini, beyin mərkəzlərini sıradan çıxartmaqla idarə edənlərin silahı yerə qoymağa dair əmrinə nail olmaqla bu məsələnin bitməsidir. Bir gün ərzində bütün hərbi hədəflər və idarəetmə, beyin mərkəzləri sıradan çıxarıla bilər”.

Ekspert vurğulayır ki, Arayik Artunyan və Ruben Vardanyan da həmin prosesə daxil ola bilər: “Çünki A.Artunyan və R.Vardanyan cəmiyyəti, separatçıları inteqrasiyaya getməyəcəkləri, döyüşəcəkləri üzərində hazırlaşdırırlar. Ruben Vardanyanın yaratdığı “Biz və bizim dağlar” proyekti və “Təhlükəsizlik və inkişaf” platforması da buna daxildir.
Onların 3 variantı var idi. Birincisi, inteqrasiyaya razılıq, ikincis, ərazilərdən çıxmaq, üçüncüsü isə döyüşmək. Onlar isə ən pis variantı seçiblər. Amma Azərbaycanı antiterror əməliyyatına başlamağa məcbur etməklə 44 günlük Vətən müharibəsində düşdükləri vəziyyətə yenidən düşəcəklər “.

//Safura Bənnayeva, Editor.az