Qısqanc kişi dostu ilə yatan arvadını çarpayıda yandırdıbackend

Qısqanc kişi dostu ilə yatan arvadını çarpayıda yandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Udmurtiyanın Qlazov şəhərində kişi qısqanclıq zəminində arvadının yatdığı çarpayıya od vurub və qadın yanaraq ölüb.

Editor.az  lent.az-a istinadən bildirir ki, onların 37 yaşlı Aleksey dostları olan Andery və Svetlana cütlüyünə baş çəkməyə gəlib. Dostlar ziyafət təşkil ediblər. Spirtli içki qəbul edərkən hər üçü güclü alkoqol sərxoşluğundan yuxuya gediblər.

Bir müddət sonra ailə başçısı yuxudan ayılıb və görüb ki, qonşu otaqda arvadı onların qonağı ilə bir çarpayıda yatıb. Kişi qısqanclıq zəminində çarpayıya od vurub.

Yanğın qısa zamanda bütün evi əhatə edib. Ailə dostu vaxtında ayılaraq yanan mənzildən çıxa bilib. Evli cütlük içəridə qalıb. Nəticədə ər-arvad sağ qalmayıb.